Renault şirkəti Viridəki bazasını satıb

Renault şirkəti əvvəllər Formula1 üçün mühərriklərin hazırlandığı Viridəki bazanı satıb.

Uzun illər ərzində Viri Şatiyonda hazırlanan mühərriklər ən yaxşılar sırasında yer alıb, on iki çempionluq titulu qazanıb və yarışlarda 169 qələbə əldə edib. Renault rəhbərliyi hibrid güc qurğularına keçidin təşəbbüskarlarından biri olub, lakin maliyyələşdirmə və təşkilati problemlər üzündən nəticə uğursuz alınıb.

Hazırda Renault mühərriklərindən Formula1-də istifadə olunmur, Alpine adı ilə çıxış edən öz komandası isə güc qurğularını Mercedes-dən alır. WEC-də proqramın dayandırılmasına qərar verildikdən sonra Alpine Racing SAS bölməsinin mühərrikləri heç kimə lazım olmayıb.

Lakin baza bağlanmayacaq və iş yerləri qorunub saxlanılacaq. Alpine Racing SAS-ın alıcısı ixtisaslaşmış Belçika şirkəti Dumarey Group olub – bundan sonra orada mühərriklər Dumarey brendi altında istehsal olunacaq.

“Məqsədimiz Viridəki zavodun unikal mühəndislik potensialını qorumaq və inkişaf etdirməyə davam etməkdir”, – deyə Dumarey Group-un Direktorlar Şurasının sədri Qvido Dumare bildirib.

Razılaşmanın maliyyə şərtləri açıqlanmır.