Red Bull RB19 trasa çıxarılıb

Red Bull komandası çəkiliş günü üçün yeni Red Bull RB19-u trasa çıxarıb.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” daha əvvəl 2023-cü il bolidinin rəng çalarını təqdim etmişdi.

Lakin “qırmızı öküzlər” bu gün RB19-u ilk dəfə Silverstounda çəkiliş günü üçün trasa çıxarıblar. Red Bull bu barədə açıqlama verməsə də, video-dan görünür ki, RB19 trasda dövrələr vurub boksa qayıdır. Video-da bolidin hər hansı bir xüsusiyyətini görmək olmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*