S.Peres: Əla başladıq

Serxio Peres nəticədən tam razı olmasa da, komandası adına sevinir və bunu birlikdə görülən işin bəhrəsi hesab edir.

F-1.az xatırladır ki, Çeko bugünkü sıralanma turunda komanda yoldaşına az fərqlə uduzaraq ikinci yeri tutub.

Serxio Peres: “Sıralanma turundakı mübarizə minimal fərqlə və çətin keçdi. Startda mümkün olan ən yüksək mövqeni tutmaq üçün hər şeyi mümkün qədər etmək lazım idi. Balansdan tam razı qaldığımı deyə bilmərəm – daha sürətli getmək mümkün idi. Amma komanda yenə də mövsümə əla başladı.

Maşını hazırlayarkən yarış parametrlərinə daha çox diqqət yetirdik, lakin təsnifat mərhələsində sürətdə güzəştə getməli olduğumuzu bilirdik. Biz ideal olmayan bir addım atdıq, amma ümid edirəm ki, sabah öz bəhrəsini verəcək və çox yüksək yarış tempimiz olacaq”.
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*