D.Hill: Rikkardo Red Bull-la dönməlidir

1996-cı ilin dünya çempionu hesab edir ki, avstraliyalı sürücü doğma komandasına geri qayıdarsa, özünü daha yaxşı göstərə bilər.

F-1.az xəbər verir ki, son vaxtların ən çox müzakirə edilən məsələlərindən olan Daniel Rikkardonun gələcəyi barədə Deymon da danışıb.

Deymon Hill: “Bu, xüsusilə mövsümün sonunda Maks və Serxio arasında yaranan problemləri nəzərə alsaq, olduqca maraqlı variant ola bilər. Ora Danielin evidir və onun Red Bull-a çox şey borcludur, buna görə də komandaya qayıtmaqda özü də maraqlı olacaq. Rikkardo Red Bull-da çox yaxşı vəziyyətdə ola bilər, çünki başqa yerlərdə çox şey öyrənib. Bəzən başqa yerə gedərək öyrəndiyiniz təcrübələri qayıtdıqda daha yaxşı tətbiq edə bilirsiz”.

Xatırladaq ki, Helmut Marko əvvəlcə Sky Sports-a müsahibəsində Daniel ilə gələn il üçün artıq müqavilə bağladıqlarını bildirmiş, daha sonra isə bunu təkzib etmişdi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*