M.Ferstappen: Ferrari öndədir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, cümə sərbəst yürüşləri yaxşı keçsə də, Ferrari-lərdən geridədirlər.

F-1.az xatırladır ki, niderlandlı sürücü Ciddədə cümə gününü ikinci yerdə bağlayıb. Gənc sürücü Hard təkərlərlə sürətli görünürdü.

Maks Ferstappen: “Cümə günü sessiyalar problemsin keçdi və proqramımızı tamamladıq. Bütün təkər tərkiblərini sınadıq. Ferrari yenə sürətli görünür. Buna görə onlarla fərqi bağlamaq üçün çox şey etməliyik.

Trasa gəldikdə isə keçənilki ilə eyni görünür. Bariyerlər dəyişsə də, gözlə görünən dəyişiklik yoxdur. Sıralanma turundan əvvəl məlumatları təhlil edəcəyik. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*