S.Fettel 10 saniyə cəzalandırılıb

Ferstappenə 5 saniyə cəza verildiyinə görə podiuma yüksələn Fettelin nəticəsinin üzərinə 10 saniyə əlavə olunub.

F-1.az xatırladır ki, Rikkardo yarışın sonunda Fettelə hücum etsə də, almaniyalı əylənmə zonasında trayektoriyasını dəyişdirməklə müdafiə olunmuşdu. Buna görə də stüardlar hər iki sürücünü izahat vermək üçün yanlarına çağırmışdılar.

Stüardlar hadisəni araşdırıblar və Fettelin nəticəsinin üzərinə 10 saniyə əlavə edilib. Beləliklə, dördqat dünya çempionu beşinci yerə düşüb. Komanda yoldaşının da 5 saniyə cəza aldığı yarışın yekun protokolunda üçüncü Daniel Rikkardo olub.

Qərarda deyilir: “Sürücülərin əylənmə nöqtəsində istiqamət dəyişdirməsinə qadağa qoyan qərarı nəzərə alırıq. Telemetriya və video görüntülərindən aydın şəkildə görünür ki, 5 nömrəli maşının sürücüsü əylənmə anında istiqamətini dəyişdirib. Sürücü anormal şəkildə istiqamətini dəyişdirib və 3 nömrəli maşının sürücüsünə mane olub”.

Fettelə bundan əlavə, 2 cərimə balı verilib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*