ESPN: De Frizi Rikkardo əvəz etməyəcək

Son günlərdə Nik de Frizin nəticələrinin Red Bull-u qane etmədiyi, onun hətta növbəti yarışdan sonra AlphaTauri-dəki yerini itirəcəyi barədə söhbətlər gəzir.

F-1.az xəbər vermişdi ki, Daniel Rikkardo hətta komandanın Faentsadakı bazasına çəkib oturacaq sazlanmasından keçib və İmoladakı yarışdan etibarən əsas sürücü kimi yarışacağı gözlənilir.

Lakin nüfuzlu ESPN resursunun məlumatına görə, niderlandlı sürücünün əvəzinə olan əsas namizəd təcrübəli Daniel yox, Red Bull-un gənc sürücülər proqramının iştirakçısı, ötən mövsüm Formula2-də üçüncü yeri tutan və hazırda Super Formula seriyasında yarışan Liam Lousondur.

Deyilənlərə görə, Rikkardonun oturacaq sazlanması etməsi şayiələrin artmaması üçün bağlı qapılar arxasında edilib. Lakin sürücüyə yaxın mənbələr isə bildirilir ki, bu yaxınlarda ümumiyyətlə belə şey olmayıb – bəli, Rikkardo keçən həftəsonu baş tutan Mayami Qran Prisindən dərhal sonra Avropaya qayıdıb. Lakin Faentsaya baş çəkmək üçün yox, iki dostunun toyunda iştirak etmək üçün…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*