H.Marko: Həmilton Red Bull-da onun üçün yer olmadığını bilir

Ötən gün Britaniya mətbuatında Ferrari-nin prezidenti Con Elkannın şəxsən Lyuis Həmiltonu komandaya dəvət etməkdə maraqlı olduğu haqda xəbərlər yayılıb.

F-1.az bildirir ki, iddialara görə, yeddiqat dünya çempionuna ildə 50 milyon dollarlıq müqavilə təklif olunur.

Bu söz-söhbətləri şərh edənlər arasında Red Bull-in idman məsləhətçisi Helmut Marko da var. Avstriyalının fikrincə, idman baxımından Lyuisin Maranelloya keçməsinin mənası yoxdur, amma təklifin maliyyə tərəfi cəlbedici görünür.

Helmut Marko: “Həmiltonu əsəbiləşdirən iki şey var. Birincisi, o, artıq hazırki dünya çempionu deyil və gələcəkdə yenidən titul qazanmaq onun üçün çətin olacaq. Red Bull-da onun üçün yer olmadığını bilir. Lyuis üçün uğur qazanmaq baxımından Ferrari-də Mercedes-dən daha yaxşı olub-olmayacağı bilinmir.

İdmanı bir kənara qoysaq, Lyuis artıq ən yüksək maaş alan Formula1 sürücüsü olmadığı üçün heç də xoşbəxt deyil. Bu ünvan indi Maks Ferstappenindir. Ən azından Lyuis Ferrari ilə bunu dəyişə bilər”.

Qeyd edək ki, Həmiltonun Mercedes ilə olan cari müqaviləsi bu ilin sonunda başa çatır. Tərəflər dəfələrlə əməkdaşlığı dama etdirmək istədiklərini desələr də, hələ də danışıqlar üçün masaya oturmayıblar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*