Ferstappen Marşalın komandadan getməsinə təəssüflənmir

İkiqat dünya çempionu Red Bull-un baş konstruktoru Rob Marşalın komandanı tərk etməsindən danışıb.

F-1.az bildirir ki, bir müddət əvvəl McLaren Red Bull-un mütəxəssisinin gələn mövsümdən Britaniya komandasının düşərgəsinə keçdiyini rəsmən elan etmişdi.

Maks Ferstappen: “Məncə, bir çoxları onun getməsinin əhəmiyyətini şişirdir, bəzi KİV nümayəndələri də. Əslində o, indiki maşınımızın hazırlanmasında iştirak etməyib, daha çox gələcək layihələrdə – məsələn, 2026-cı il avtomobilində işləyib. Təbii ki, biz onu komandada saxlamağa üstünlük verərdik. Amma McLaren-də ona nə təklif edildiyini bilsəniz, onun orada yalnız bir neçə il qalacağı aydın olar. Düşünürəm ki, o, sonra balıq ovuna gedəcək!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*