M.Ferstappen: “Hunqarorinqdə bolid sürmək çətindir”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Hunqarorinqdə bolidi idarə etmək asan deyil.

F-1.az xatırladır ki, hollandiyalı sürücü keçənilki Macarıstan yarışında komanda yoldaşı Rikkardoya çırpılmış və buna görə də 10 saniyəlik cəza almışdı.

Maks Ferstappen: “Hunqarorinqdə bolidi idarə etmək asan deyil. Birinci döngədə çox çətin əylənmə var və ikinci döngə təkərlərə çox güc salır. Hər döngə çıxışında növbəti döngəyə hazır olmalısınız. Yoxsa ya tras xaricinə çıxarsınız, ya da rəqibinizlə təmas yaşayarsınız. Dördüncü döngə kor döngədir və çox diqqətli olmalısınız. Son döngədə yaxşı temp tutub yüksək sürətlə start-finiş düzlüyünə çıxmalısınız. Əks halda vaxt itirərsiniz.

Budapeşt sevdiyim şəhərlərdəndir. Buraya bayramlar şəhəri də deyirlər. Əsas məqsədimiz yaxşı həftəsonu keçirməkdir. Sonra əylənməyə bol vaxtımız olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*