L.Həmilton Əbu Dabi yarışını unutmur

F-1.az xatırladır ki, mövsümün son yarışında yaşananlar artıq geridə qalıb və heç kim Maks Ferstappendən titulu geri almayacaq. Hadisələrin digər qəhrəmanı Lyuis Həmilton isə o yarışı kədər hissi ilə xatırlayır...

L.Həmilton: “Bilmirəm, o zaman hiss etdiklərimi sözlə təsvir edə biləcəyəmmi. Yadımdadır, sakitcə kokpitdə oturmuşdum və baş verənlərə inana bilmirdim. Təhlükəsizlik kəmərini açıb maşından düşməli olduğumu anlayırdım, amma buna gücüm çatmırdı. Bu uzun zaman ərzində keçirdiyim ən çətin anlardan biri idi. Nə baş verdiyini və shəv qərarların verildiyini bilirdim. Daha sonra atam məni qucaqladı və xatırladığım qədəri ilə belə dedi: İstəyirəm ki, səninlə necə fəxr etdiyimi biləsən.

Atanız belə vəziyyətdə sizi qucaqlayır – ən vacibi budur. Xüsusən də bu, uşaqlıqdan çox baş verməyibsə. Təbii ki, Əbu Dabi Qran Prisindən sonra karyeramı davam etdirmək istəyib-istəmədiyimi düşündüm”.

Amma yeddiqat dünya çempionununun yarışçı ruhu qalib gəlib və bu il Formula1-də 16-cı mövsümünü keçirir. Lyuis yenicə qeyd edib ki, avtoidmanı yaxın vaxtlarda tərk etməyəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*