M.Ferstappen: Fettel məni blokladı

Red Bull komandasının sürücüsü Maks Ferstappen düşünür ki, Sebastyan Fettel sıralanma turunda onu bloklayıb.

F-1.az xatırladır ki, hollandoyalı sürücü son sessiyadakı ilk cəhdində poul ala biləcək zaman nəticəsini göstərib. Lakin tras limitlərini aşdığı üçün nəticəsi ləğv olunub. 23 yaşlı sürücü ikinci cəhdində lider Bottasdan 0.3 saniyə geridə qalaraq, üçüncü yerlə barışıb.

Ferstappen sıralanma turundan sonra radiodan Fetteli şikayət edib: “O döcrəni təkrarlaya bilərdim. Trasa çıxdım və o dövrəyə yaxın tempdə gedirdim, ancaq son sektorda Fettel gəlib hava kisəmə girməyə çalışdı və mən vaxt itirdim. Buna görə də dövrəm alınmadı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*