M.Ferstappen səhvini qəbul edib

Maks Ferstappen sıralanma turunun birinci sessiyasında hesablama səhvi etdiyini boynuna alıb.

F-1.az xatırladır ki, Red Bull-dakı ilk yarışını qazanan və bu həftə 2-ci yarışına çıxan Ferstappen, sıralanma turunun birinci sessiyasında Hovuz döngəsində bariyerlərə çırpılıb və sıralanma turunu vaxtından əvvəl bitirib.

Maks Ferstappen: “Çox tez döndüm və buna görə də divara çırpılaraq asılqanı qırdım və birbaşa divara girdim.

Özümü yaxşı hiss edirəm. İlk dövrəmdə özümə digərlərinə nisbətən daha çox güvənirdim, bolidin balansı yaxşı idi. Çünki ikinci sektorda əvvəlki dövrələrə nisbətən 0.2 saniyə sürətli idim.

Hər şey bir araya gəlirdi ki, şikanada asfalta ilişməni səhv hesabladım və döngəyə bir az tez girdim. Bundan sonra hər şey tərs getdi.

Görək sabah nə olacaq. 21-ci yerdən başlamaq çətin olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*