Hornerin Red Bull komandasının rəhbəri postunda olduğu bütün iyirmi il ərzində hansı prinsiplərə sadiq qaldığını bu qısa sitat kifayət qədər aydın göstərib: “Mən tədricən başa düşdüm ki, sonradan üzr istəmək icazə almaqdan daha yaxşı və daha asandır”.
Resenziyanın başlığı da kifayət qədər diqqətçəkəndir: “Kristian Hornerin cəsarətinə heyran qalmamaq çətindir”.
Bu kitab hələ uzun müddət müzakirə olunacaq və əlbəttə, oxucular oradan Formula1 paddokunun ən müxtəlif simaları ilə bağlı müəllif versiyalarını öyrəniblər. Onlardan biri də vaxtilə Red Bull-un gənclər proqramına daxil olan və Toro Rosso, indiki Racing Bulls komandasında üç natamam mövsüm keçirən Karlos Sayns olub. Xüsusən, Horner kitabda Karlosun Red Bull Racing-lə müqaviləyə sözün əsl mənasında bir addım qaldığını yazıb.
Kristianın yazdığına görə, o, 2026-cı ildə Saynsı komandaya dəvət etməyi planlaşdırıb və ispaniyalı sürücü Williams-la danışıqlara artıq başlayıb, amma əslində Maks Ferstappenin komanda yoldaşı olmalı imiş, lakin gözlənilməz hadisələr bu planlara mane olub: cəmi beş gün sonra, 2025-ci ilin iyulunda Horner Red Bull Racing komandasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
Lakin Karlos bu yozumla tam razı deyil. Srağagün o, Madriddə Giorgio Armani moda evinin keçirdiyi yeni I WILL ətrinin təqdimatında iştirak edib və jurnalistlər ona bu keçidlə bağlı sual verəndə, hiyləgər təbəssümlə belə cavab verib: “Bəli, mən onun evində olmuşam, məni nahara dəvət etmişdi, amma məsələ bununla bitdi. Nə olubsa, olub, artıq heç nə etmək olmaz”.





