Kristian Horner: “Mən muzdlu işçi olmuşam. 21 il pit-uollda oturmuşam və ora qayıtmaq istəmirəm. Həyatımın bu mərhələsində şərik olmadan işləməyə razılaşacağım cəmi bir komanda var.
Ferrari – Formula1-də ən böyük brenddir. Bu, arzudur. Formula 1-in “yatan nəhəngi”dir.
Mənim işə getməyə ehtiyacım yoxdur. Mənim vəziyyətimdə komandanın rəqabətə davamlı olması digər eqoist mülahizələrdən daha vacibdir. Mən çox əlverişli vəziyyətdəyəm, seçim etmək imkanım var.
Mən heç nə etməyə də bilərəm və sadəcə evimdə yaşaya bilərəm, yalnız yağış yağıb-yağmayacağı və otun nə vaxt biçilməli olduğu barədə narahat olaram. Amma xoşbəxt olacağammı? Xeyr. Hiss edirəm ki, hələ işimi bitirməmişəm. Qarşıda hələ bir rəqs var”.





