H.Marko: “Ferrari Rikkardonu istəyir”

Formula1-in transfer dedi-qoduları 2016-cı il mövsümü ilə bir yerdə başayıb...

F-1.az xəbər verir ki, Helmut Marko bildirib ki, Daniel Rikkardonu başqa komandalar transfer etmək istəyir.

Auto Motor Und Sport-un verdiyi xəbərə görə, Ferrari komandası Daniel Rikkardonu transfer etmək istəyir: “Ferrari Rikkardonu Ferstappenə nisbətən daha çox transfer etmək istəyir.

Qırmızılar və “Gümüşü Oxlar” (bilinmir ki, Mercedes AMG yoxsa McLaren qəsd edilir) Rikkardonu transfer etmək istəyirlər”.

Amma Helmut Marko bildirib ki, Red Bull komandasının Rikkardo ilə uzun müddətli müqaviləsi var: “Biz inanırıq ki, gələn il rəqabətədavamlı bir bolidimiz olacaq. Sadəcə şassimiz yox, mühərriyimiz də çox güclü olacaq.

Red Bull komandasının rəhbəri Kristian Horner isə yeni maşın barədə danışıb: “Yarışda Ferrari ilə fərqimiz 0.2 saniyədir. Renault qış ərzində mühərriyin yarış performansını inkişaf etdirdi və artıq bolidi sürmək daha rahatdır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*