T.Volff: “Fettel təkərlərdən yaxşı istifadə edir”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Sebastyan Fettel təkərlərini düzgün təhlil etdiyi üçün sürətlidir.

F-1.az xatırladır ki, Fettel bu mövsüm ən stabil çıxış edən sürücüdür. Almaniyalı pilot bütün yarışlarda podiuma yüksəlməklə, 3 qələbə qazanıb.

Toto Volff: “Hər sürücünün öz iş sistemi olur. Bəzi sürücülər mükəmməllik istəyir və çox dəqiqliklə işləyirlər. Bəzi sürücülər isə instinktlərini dinləyərək, bolidi sürürlər. Sebastyan həmişə çalışqan sürücü olub. Bəlkə də buna görə təkərləri hamıdan yaxşı təhlil edir. Çox iş görməliyik. Sebastyanın performansına çatmalı və təkərlərə nəzarət etməyi öyrənməliyik. Soft təkərləri istifadə edəndə boliddən istədiyimiz gücü ala bilmirik. Təkərlər çox qızdığı üçün Ferrari-lərdən geridə qalırıq.

Həmilton keçən ilə nisbətən güclənib. Çox istəklidir və həmişə potensialını ortaya qoymaq istəyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*