17 Noyabr 2019, Bazar - 05:52

A.Covinatsi Sauber-də çıxış edəcək?

A.Covinatsi Sauber-də çıxış edəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

17:16 - 14 Fevral, 2017

Ferrari komandasının test sürücüsü Antonio Covinatsi bildirib ki, bu mövsüm Sauber ilə trasa çıxa bilər.

F-1.az xatırladır ki, Covinatsi keçən mövsüm GP2-də ikinci olduqdan sonra Ferrari onu test sürücüsü kimi transfer etmişdi.

Əgər Ferrari və FİAT-ın prezidenti Sercio Markionne Alfa Romeo-nu Formula1-ə sala bilərsə, Covinatsi böyük ehtimalla bu komandada çıxış edəcək.

Antonio Covinatsi: “Alfa Romeo əfsanəvi bir markadır və burada olmaq məni həyəcanlandırır. Simulyatorlarda təcrübə qazanıram. Sauber ilə cümə günü keçirilən sərbəst yürüşlərdə iştirak edə bilərəm. Görəcəyik. Hazırda anın həzzini yaşayıram”

Bəzi xəbərlərə görə, Sauber komandasının rəhbəri Monişa Kaltenborn Ferrari-nin test sürücüsü Covinatsi üçün Mauritsio Arrivabene ilə danışıqlar aparır. Əgər tərəflər razılığa gəlsələr, gənc sürücü cümə günləri sərbəst yürüşlərdə iştirak edə bilər. Əgər tərəflər razılığa gələ bilməsələr, bu dəfə Şarl Lekler üçün danışıqlara başlayacaqlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 563
Teqlər , , , , , ,
Paylaş

logo