Kimi Antonelli: “Deməliyəm ki, məhz belə nəticə bizə lazım idi və bütün komandamız buna tam layiq idi. Bütün bu müddət ərzində komanda gərgin çalışıb, maşın üzərində işləyib, texniki yeniliklər hazırlayıb və yenidən uğur qazandığımızı görmək çox xoşdur.
Bundan başqa, yeganə pit-stop taktikasını ideal şəkildə yerinə yetirmişik, bütün komandanın əla işi sayəsində bunu reallaşdıra bildiyimiz üçün çox razıyam.
Mən başa düşürəm ki, titul qazanmağa çox yaxınıq və indi çalışmalıyıq ki, işi gözəl şəkildə, yüksək notda başa vuraq. Ümid edirəm ki, buna artıq çox tezliklə nail olacağıq”.





