Cümə günü FİA 14 maşında güc qurğusunun elementlərinin dəyişdirildiyini təsdiqləyib, lakin cəza yalnız iki sürücüyə veriləcək – Kimi Antonelli və Aleks Əlbon icazə verilən limiti aşıblar, qalanlarının hamısında dəyişiklik planlı olub.
14 boliddə güc qurğusunun elementləri dəyişdirilib
Monzadakı tras motor gücünə qarşı çox tələbkardır. Buna görə də bu mərhələdə hamı daha çox güc əldə etmək üçün ya yenilənmiş, ya da sadəcə təzə mühərrikdən istifadə etməyə çalışır.




