Antonelli də Sardiniyada Volffa qoşulub

İtaliyanın Sardiniya adası Formula1 sürücüləri üçün sevimli istirahət məkanına çevrilir. Bir neçə gün əvvəl Toto Volffun Maks Ferstappenlə birlikdə şəklinin yayılmasından sonra, Mercedes rəhbərinin yaxtasında çempionatın lider Kimi Antonelli də görünüb.

Dəqiq məlum deyil ki, Maks Ferstappen ailəsi ilə hələ də Toto Volffun yaxtasında qalır, amma Macarıstan Qran Prisi günlərində Mercedes komandasının başçısı Almaniyanın Sky Sports kanalının efirində Kimi və Maksın eyni komandada yarışmasında problem görmədiyini demişdi.

“Kimiyə inkişaf üçün vaxt vermək lazımdır, – deyə Toto fikrini əsaslandırıb. – Maks indi formasının zirvəsindədir, demək olar ki, hər şeyi bacarır. Onlar bir-birinə hörmət edirlər, baxmayaraq ki, müxtəlif nəsillərə məxsusdurlar. Amma onları bir komandada toplasaq, vəziyyət əlbəttə ki, tamamilə fərqli olacaq.

Bununla belə, mən bundan qorxmuram. Mənim Niko Rosberq və Lyuis Hemiltonla daha çətin bir situasiyam olub. Düşünürəm ki, indi onlarla daha yaxşı baş çıxa bilərdim. Buna görə də onların bir gün eyni komandada ola biləcəyi perspektivi bizi qorxutmur.

Amma indi biz Kimi və Corc Rassell arasındakı münasibətlərdən razıyıq. Biz komanda olaraq böyük irəliləyiş əldə etmişik və bu mərhələdə uzunmüddətli inkişafımız baxımından əlavə bir qeyri-müəyyənlik amili qatmaq düzgün olmazdı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*