Toto Volff: “Malayziya və Sinqapurdakı mərhələlər bizim üçün asan alınmayıb və harada səhvlərə yol verdiyimizi, nələri düzəltməli olduğumuzu anlamaq üçün çox çalışmışıq.
Ostində özümüzə bəraət qazandırmaq imkanımız olacaq. Hər iki maşında son yeniliklərdən istifadə edəcəyik və W17-ni təkmilləşdirməyi davam etdirəcəyik. Peletonda mübarizə çox sıxdır, buna görə də mövsümün son mərhələlərində daim liderlər qrupunda mübarizə aparmaq istəyiriksə, irəliləməyə davam etməliyik.
ABŞ Qran Prisi daha bir gərgin üçyarışlıq seriyanın başlanğıcını qoyur. Burada çox şey risk altındadır, amma hadisələri qabaqlamayacağıq. Hazırda əsas məsələ qarşıdakı uik-endə fokuslanmaq, işimizi yaxşı görmək, maşından maksimumu sıxıb çıxarmaq və yarışdan-yarışa irəliləməkdir.
Ostində trasdan kənarda da bizi zəngin proqram gözləyir – şəhərdə bir neçə sponsor tədbiri keçiriləcək. Burada əsas yeri AMG və MANUFAKTUR-un birgə proqramı tutacaq. Uik-end ərzində biz Mercedes avtomobillərinin idman imkanları, onların hazırlanma keyfiyyəti və fərdiləşdirmə imkanları barədə danışacağıq. Bütün bunları layiqincə nümayiş etdirməyi planlaşdırırıq, amma bizim üçün əsas məsələ həqiqətən vacib olan yerdə – trasda nəticə qazanmaqdır”.





