Antonelli: Artıq tətilə gedə bilərik

Kimi Antonelli Macarıstanda finiş xəttini üçüncü yerdə keçib və nəticədən razı qalıb. Yeddinci yerdən start alan italiyalı sürücü yarış ərzində daim hücum edib, sonda isə Lyuis Həmiltonun hücumlarını bacarıqla dəf edib. Kimi çempionatda liderliyini möhkəmlədib və tətilə yüksək əhvalla yollanıb...

Kimi Antonelli: “Çətin yarış oldu. Trasda ötüb keçmək, demək olar ki, mümkün deyildi, buna görə strategiya hesabına hərəkət etməli olduq.

İlkin olaraq məsafəni bir pit-stopla qət etməyə çalışdıq, amma komanda mənə dedi ki, təkərlər artıq limitdədir, ona görə də onları dəyişdirməli oldum.

Virtual Təhlükəsizlik Maşını rejimi elan olunanda, hər iki Ferrari sürücüsü pitə daxil oldu. Mən bilirdim ki, podiumu müdafiə etmək çətin olacaq – onlara Soft təkərlər qoyulmuşdu, mənimkilər isə Hard idi, amma, xoşbəxtlikdən, onları arxada saxlamağa müvəffəq olduq.

Mən şadam ki, çempionatda liderliyimi artırdım. İndi rahatlıqla tətilə yollana bilərəm. Bu gün itkiləri minimallaşdırmağa çalışdıq, amma yerimizdə dayana bilmərik – mövsümün ikinci yarısı asan olmayacaq. Biz əlimizdən gələni edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*