“Nəzərə alsaq ki, yarışa sonuncu yerdən başlayıram, əlimdən gələnin maksimumunu edib hücum etməli olacağam, – deyə çempionatın lideri bildirib. – Təbii ki, bununla yanaşı, ağılla hərəkət etmək də lazımdır. Bazar günü ilk əyləclənmədə elə davranmaq fikrim yoxdur ki, guya bu, sıralanma turudur, yoxsa sadəcə qəza törətmiş olaram!
Bəd nəzər dəyməsin, amma itirəcəyim heç nə yoxdur. Bu həftəsonu məqsədim mümkün qədər çox xal qazanmaqdır, amma bunu edərkən sağlam məntiqi də unutmamaq lazımdır. Bununla belə, köklənməm maksimum dərəcədə hücum yönümlü olacaq, ona görə də bacardığım qədər çox mövqe qazanmağa çalışacağam.
Əlbəttə, evdə keçirilən Qran Pridə belə böyük cəza almaq xoş deyil, amma yekunda komanda bütövlükdə çempionat barədə düşünür və Monza güc qurğusunun dəyişdirilməsi üçün ən uyğun traslardan biridir. Ona görə də bunu indi etmək daha yaxşıdır və ümid etmək lazımdır ki, gələcəkdə problemlərdən qaçmaq mümkün olacaq. Düşünürəm ki, bu, yarışlardan daha çox zövq almağıma və təzyiq barədə daha az düşünməyimə imkan verəcək. Şübhəsiz, bu da müsbət məqamdır.
Bu həftəsonu işə yanaşmamızı bir qədər dəyişəcəyik və yalnız yarış üçün sazlanmalara fokuslanacağıq. Sonrası artıq görünəcək. Düşünürəm ki, beşinci yer tam realdır, amma əlbəttə, hər şey yarışın necə keçəcəyindən asılı olacaq”.





