Qodzillanın təsviri bolidlərin üzərinə qayıdır

Mövsümün əvvəlində Haas komandası Qodzilla haqqında filmlər seriyasını çəkmiş Yaponiyanın Toho studiyası ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Yaponiya Qran Prisində Oliver Börmanın və Esteban Okonun maşınları nəhəng kino məxluquna həsr olunmuş xüsusi rəng çalarını alıb.

Qarşıdan gələn Ostindəki ABŞ Qran Prisində Haas maşınlarının rəng çaları yenidən yeni “Godzilla Minus One” filmindəki Qodzillaya həsr olunub, filmin premyerası noyabrın 6-na planlaşdırılıb. Komanda Ostin üçün hazırlanan rəng çalarını oktyabrın 19-da keçiriləcək xüsusi tədbirdə təqdim edəcək. Oliver Börman və Esteban Okonun yarış kombinzonları da yenilənmiş dizayn alacaq.

Ayo Komatsu: “Biz Toho və Qodzilla ilə birlikdə Yaponiya Qran Prisində gördüyümüz işlə fəxr edirik və bu obrazı indi öz ev mərhələmizdə, Ostində yenidən təqdim etməkdən məmnunuq.

Əməkdaşlıq çərçivəsində daha bir xüsusi rəng çalarının buraxılması Formula1 üçün yeni addımdır. Bu, azarkeşlərimizi sevindirmək və çempionata yeni auditoriya cəlb etmək imkanıdır. Qodzilla kult obrazdır və əməkdaşlığımızın artıq ABŞ-də də davam etməsi komanda və onun azarkeşləri üçün xüsusilə vacibdir”.