Buna görə də belə qanaddan uğurla istifadə etməyə başlayan ilk komanda Ferrari olub, əvvəlcə onu Bəhreyndəki testlərdə sınaqdan keçirib, artıq Mayamidəki mərhələdən isə bu həll maşınlarda peyda olub. Bir qədər sonra oxşar konstruksiyalar Red Bull və McLaren-də də hazırlanıb.
“Əvvəllər danışmadığımız bir məqamı bölüşmək istəyirəm, – deyə Resta Mercedes-in rəsmi podkasti olan Nu Silver Arrows Radio Show-da çıxışı zamanı bildirib. – Biz belə tip qanadı bir ildən çox əvvəl hazırlamışdıq. Onun konsepsiyasını detallı şəkildə təhlil etmişdik və o, həqiqətən də hava müqavimətinin azaldılması baxımından üstünlük verir, amma qanad hər dəfə açıq olanda asfaltayatma qüvvəsi azalır.
O zaman biz inanmadıq ki, belə kompromis ümumilikdə bu cür komponentlərin hazırlanmasına və istehsalına qoyulan sərmayəni doğruldacaq. Bununla belə, bu nəticənin qüvvədə qalacağı da hələ fakt deyil, biz bu mövzuya yenidən qayıda bilərik. Biz sakit şəkildə işləməyə davam edirik, haradasa gördüyümüz hər bir həlli dəyərləndiririk, sonra isə düşünürük ki, bizim də tətbiq edə biləcəyimiz faydalı nəsə varmı.
Maraqlıdır ki, indi biz hər növbəti uik-endə gələndə ən güclünün kim olacağını dəqiq deyə bilmirik. Bir neçə inamlı çıxışdan sonra Red Bull komandası ön sıralarda mübarizəni davam etdirəcək, Ferrari isə istənilən şəraitdə rəqabətədavamlı çıxış edir, hətta onlar son addımı atıb liderliyə yüksəlməkdə nadir hallarda uğur qazansalar da.
Həmçinin McLaren-ə də hörmətlə yanaşmalıyıq. Onlar dünya çempionudurlar və mövsümün bəzi yarışlarında güclərini nümayiş etdiriblər, buna görə də onlar da hamını inamla qabaqlaya bilərlər.
Ostində hər üç komandanın rəqabətədavamlı olması ehtimalı böyükdür – bu isə qarşımıza daha maraqlı tapşırıqlar qoyur, çünki biz işləməyə davam edirik, maşınımızdan maksimumu sıxıb çıxarmağa, onun sazlanmasını optimallaşdırmağa və Bakı, Monza və Madriddə olduğu kimi qələbə səviyyəsinə qayıtmağa çalışırıq. Buna əvvəllər də nail olmuşuq və yenidən nail ola bilərik”.





