Rəsmən: S.Resta Sauber-in texniki direktoru təyin olunub

Ferrari italyan mütəxəssisin komandadan ayrılacağını elan edər-etməz, Sauber onun komandaya yeni texniki direktor təyin olunması barədə rəsmi bəyanat yayıb.

F-1.az xəbr vermişdi ki, Simone Restanın Ferrari-dəki vəzifəsindən ayrılacağı ilə bağlı italyan komandanın mətbuat xidməti məlumat dərc edib. O, yeni komandasındakı vəzifəsinin icrasına iyulun 1-dən etibarən başlayacaq və birbaşa komandanın rəhbəri Frederik Vassyörə tabe olacaq.

Frederik Vassyör: “Simone Resta texniki direktor vəzifəsinə ən yaxşı namizəddir. Onun gəlişi bizim iddialı nəticələr əldə etmək üçün hazırladığımız uzunmüddətli layihəmizdə irəliyə doğru atılmış addım olacaq”.

Xatırladaq ki, Sauber komandası bu ayın əvvəlində texniki direktor Yorq Tsanderin vəzifəsinə son vermişdi.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*