Liam Louson: Mən gələcək barədə, demək olar ki, düşünmürəm

Liamın Lousonun növbəti mövsüm üçün müqaviləsi yoxdur və Racing Bulls komandada onun yerinə Nikola Tsolovun namizədliyinə baxır. Meksikada keçiriləcək yarış həftəsonu ərəfəsində Liam əmin edib ki, 2027-ci il üçün müqaviləsinin olmaması onun özünəinamına və nəticələrinə heç bir təsir göstərmir.

Liam Louson: “Ümumilikdə, mövsüm yaxşı keçib. Biz çox güclü nəticələr göstəririk və ilin əvvəli ilə müqayisədə nəzərəçarpacaq dərəcədə irəliləmişik. Hazırda sükan arxasında özümü çox rahat hiss edirəm və əhvalım da yaxşıdır.

Keçən il gələcəyim barədə daha çox düşünürdüm və görünür, bu da nəticələrimə təsir edirdi – bacardığım qədər yaxşı pilotaj etmir, potensialımı tam göstərə bilmirdim. Bu il isə hər şey fərqlidir – gələcək barədə demək olar ki, heç düşünmürəm. Mövsümün necə keçdiyini, xüsusən də son bir neçə yarışı nəzərə alsaq, bundan sonra nə olacağı ilə bağlı narahat olmağa əsas görmürəm.

Mən sadəcə olaraq sabit çıxış etməyə çalışıram. Formula 1-də bu, asan deyil, çünki nəticəyə çox sayda amil təsir edir, amma son vaxtlar biz çox yaxşı çıxış edirik. Bundan başqa, biz Mühəndislər Kubokuda beşinci yer uğrunda mübarizə aparırıq və bu da mənə konsentrasiyanı qorumağa, işə tam fokuslanmağa kömək edir”.