Norris: Zamanla nədən uzaq durmağın daha yaxşı olduğunu anlayırsan

Cümə axşamı Mercedes komandası "virus infeksiyası" səbəbindən Kimi Antonellini mətbuatla görüşdən azad edib. Daha sonra Cadillac-da də Valtteri Bottas ilə bağlı eyni addım atılıb.

Lando Norris dünya çempionu dünya boyu davamlı səyahətlər zamanı qida infeksiyalarından necə yayındığını danışıb.

Lando Norris: “Mən sadə insanam və hər cür qeyri-adi yeməkdən uzaq durmağa çalışıram. Makaron yeyirəm, bir az toyuq əti yeyirəm. Burada, Meksikada kran suyundan uzaq dururam, dişlərimi butulka suyu ilə təmizləyirəm və sair.

Əvvəllər bəzən həm burada, həm də Braziliyada xəstələnirdim, amma təcrübə qazandıqca nədən uzaq durmağın daha yaxşı olduğunu anlayırsan. Xoşbəxtlikdən, yemək məsələsində kifayət qədər seçici olduğum üçün özümü narahatlıq yarada biləcək bir çox şeydən qoruyuram.

Bundan başqa, dincəlməyə çalışıram. Bazar ertəsi və çərşənbə axşamı istirahət günlərim olur, sadəcə dincəlirəm və heç nə etmirəm. Bilirsiniz, hətta sadəcə hansısa reklam tədbirlərində iştirak etdiyiniz günlər belə adamı çox yorur.

Bərpa olunmaq üçün elə də çox vaxtım olmur, buna görə də bu günləri sadəcə ünsiyyətə və müxtəlif şeylər barədə düşünməyə sərf edirəm, çünki yarışanda və davamlı səyahət edəndə yaxşı istirahətə ehtiyac duyursan”.