L.Norris: Sprint yarışı şanslarımızı artıracaq

F-1.az xəbər verir ki, McLaren-in britaniyalı gənc sürücüsü İnterlaqosdakı yarışdan əvvəl öz təəssuratlarını paylaşıb.

Lando Norris: “İnterlaqosda maraqlı yarış trası var. Zəngin tarix və heyrətamiz braziliyalı azarkeşlər təsvirolunmaz atmosferə zəmanət verir. Mən bu trasdə iki dəfə yarışmışam və hər ikisində xal qazanmışam, ona görə də planım bu tendensiyanın davam etdirilməsidir. Sprint sayəsində yarışın startında daha yüksək yerləri tutmaq imkanımız olacaq. Ümid edirəm ki, çox vacib xallar qazanacağıq. Mövsümün sonundayıq və əlimizdən gələni edəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*