Yeddi sürücü stüardlar tərəfindən çağırılıb

Onlardan yeddisi komanda ilə radioəlaqəyə görə, biri isə brifinqdəki davranışlara görə sorğu-sual edilib.

F-1.az xəbər verir ki, Mik Şumaxer, Daniel Rikkardo, Corc Rassell, Esteban Okon, Serxio Peres, Ləns Stroll və Sebastyan Fettel sprint yarışı başlamazdan əvvəl ikinci isinmə dövrəsi zamanı İdman reqlamentinin 33.1 saylı bəndini pozaraq komanda ilə qadağan olunan radio rabitəsində ittiham olunurlar.

Sebastyan Fettel həm də Beynəlxalq İdman Məcəlləsinin 12.2.1 saylı bəndini və İdman reqlamentinin 20.1 saylı bəndini pozduğu üçün çağrılıb. Birinci bənddə “FIA-nın vəzifəli şəxsləri və ya əməkdaşları ilə bağlı hər hansı pozuntu qəbuledilməzdir” sözləri yer alıb. Alman sürücü brifinqi icazəsiz tərk etdiyi üçün 25 min avro cərimə ödəməli olacaq.

Xatırladaq ki, eyni qayda pozuntusuna görə keçən il Red Bull komandasının rəhbəri Kristian Horner rəsmi xəbərdarlıq almışdı.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*