Braziliya Qran Prisi 2020-ci ilə qədər təqvimdə qalacaq

Təşkilatçıların Formula1 rəhbərliyi ilə 2020-ci ilə qədər müqaviləsi olsa da, burada yarışın keçirilməyəcəyi ilə bağlı xəbərlər son dövrlərdə artmışdı.

F-1.az xatırladır ki, FİA tərəfindən sentyabrda açıqlanan ilkin təqvimdə Braziliya Qran Prisinin gələn il noyabrın 12-də keçiriləcəyi yazılmış, lakin yarışın hələ təsdiq olunmadığı qeyd edilmişdi. Felipe Massa da iddiaların reallaşa biləcəyi ilə bağlı açıqlamalar vermişdi.

Lakin təşkilatçılar ən azı 2020-ci ilə qədər yarışlara ev sahibliyi edəcəklərini bildirirlər. Tamas Rohonyi deyib: “Müqaviləyə əməl edəcəyik – 2020-ci ilə qədər yarışı təşkil edəcəyik”.

Şəhərin bələdiyyə başçısı isə bildirib: “Biz yarışın gələcəkdə də burada keçirilməsi üçün mübarizə aparırdıq və bunu bacardıq”.

Qeyd edək ki, tras rəhbərliyinin 2017-ci ilə qədər tamamlanmasına söz verdiyi bəzi layihələr icra edilmədiyindən, tərəflər arasında narazılığın yarandığı bildirilirdi.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*