“Yarışdan sonra Lyuis özünü narahat hiss edib və onu FİA-nın tibbi briqadası müayinə edib, – deyə Ferrari-nin bəyanatında bildirilib. – FİA finişdən sonra onun mətbuatın qarşısına çıxmamasına icazə verib”.
Həmilton özünü pis hiss etdiyi üçün mətbuatın qarşısına çıxmayıb
Lyuis Həmilton Sinqapurda altıncı yeri tutub və yarışdan sonra bütün digər sürücülər kimi mətbuatın qarşısına çıxmalı idi. Lakin yüksək istilik və rütubətin yaratdığı halsızlıq səbəbindən britaniyalı Ferrari sürücüsü tibbi yardıma müraciət edib və FİA ona bu gün jurnalistlərlə ünsiyyət qurmamağa icazə verib.





