Ferstappen: Bu qələbəyə doğru kifayət qədər uzun yol gəlmişəm

Formula1-də çıxışlarının 12-ci ilində Maks Ferstappen nəhayət, Sinqapur Qran Prisinu qazanıb və karyerasındakı 250-ci yarışda 73-cü qələbəsini əldə edib.

Maks Ferstappen: “Bu qələbəyə kifayət qədər uzun yol gəlmişəm və məncə, bugünkü yarış əla alınıb! Maşın həm Soft təkərlərdə, həm də Medium tərkibdə bizə lazım olan tempi göstərib, baxmayaraq ki, həmin tərkibdə hamı daha çox çətinlik yaşayıb.

Amma bizdə hər şey alınıb və əlbəttə, bu trasda qalib gəldiyim üçün çox sevinirəm! Həmişə mümkün qədər yaxşı start almaq istəyirsən və xoşbəxtlikdən, bu gün yarışa kifayət qədər yaxşı başlaya bilmişəm.

Ümumilikdə ardıcıl bir neçə Qran Prini kifayət qədər yaxşı keçirmişik, bunu görmək çox xoşdur və komanda yeni qələbələrə köklənib. Bu insanlarla işləmək mənə çox xoşdur və ümid edirəm ki, ilin sonuna qədər sevinc üçün hələ dəfələrlə səbəbimiz olacaq!”