Britaniya-2022: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları bu həftəsonu baş tutacaq Britaniya Qran Prisinin və mövsümün nəticələri üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, bukmeykerlər Ferstappenə Leklerdən 1.5 dəfə çox inanırlar. Qələbə uğrunda mübarizənin bu ikili arasında gedəcəyini gözləyirlər. Üçüncü Peresin şansları isə Leklerdən 3 dəfə az dəyərləndirilir…

Britaniya Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 1.90
Şarl Lekler 3.00
Serxio Peres 9.00
Karlos Sayns 13.00
Lyuis Həmilton 15.00
Corc Rassell 17.00

 

Kanada Qran Prisindən sonra Ferstappen ən yaxın izləyicisi Peresi 46 xal fərqlə üstələyir. Leklerlə xal fərqi isə 49-dur. Lakin idarənin əməkdaşları ötən ilin çempionuna ən ciddi rəqib kimi məhz monakolunu göstərirlər. Peresin titul şansları isə ötən yarışla müqayisədə 3 dəfəyə yaxın az qiymətləndirilib.

Çempionatda qələbə (sürücülər) Əmsal
Maks Ferstappen 1.17
Şarl Lekler 6.50
Serxio Peres 34.00
Corc Rassell 51.00
Lyuis Həmilton 67.00
Karlos Sayns 81.00

 

Bukmeykerlər Mühəndislər Kubokunun qalibinin Red Bull olacağına qəti şübhə etmirlər və onların fikrincə, avstriyalıların şansları Ferrari-dən 4 dəfə çoxdur…

Çempionatda qələbə (komandalar) Əmsal
Red Bull 1.22
Scuderia Ferrari 5.00
Mercedes AMG 19.00
McLaren, Alpine, AlphaTauri, Alfa Romeo, Haas 2001.00
Aston Martin 3001.00
Williams 4001.00
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*