M.Həkkinen: Red Bull utanmalıdır

Formula1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen düşünür ki, Red Bull səhvinə görə utanmalıdır.

F-1.az xatırladır ki, Red Bull komandası Sinqapurdakı sıralanma turunda Ferstappenin yanacağını düzgün hesablamayıb. Buna görə də niderlandlı sürücü yarışa 8-ci yerdən başlamalı olub.

Mika Həkkinen: “Maks bu həftə çempionluğunu elan edə bilərdi, amma komandanın şənbə günü etdiyi səhv onlara baha başa gəldi. Bir komanda niyə yaxşı dövrəsində sürücüdən həmin dövrəni saxlamasını istəsin? Belə şeyə nadir hallarda rast gəlirik. Bundan sonra da başqa dövrə vurmağa yanacağın qalmadığını görmək utancvericidir. Red Bull-un əməliyyat şöbəsi il ərzində güclü idi və bu, bir az təəccüblü oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*