S.Peres yenə qələbə istəyir

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, Suzukada qalib gəlmək istəyir.

F-1.az xatırladır ki, meksikalı sürücü keçən bazar günü Sinqapurda qalib gələrək, mövsümdə ikinci qələbəsini əldə edib.

Serxio Peres: “Suzuka ilk sektoruna görə dünyanın ən gözəl traslarındandır. Yaxşı nəticə əldə etmək üçün 11-ci döngəyə qədər diqqətli sürməlisiniz. Xırda səhv etsəniz, dövrəniz məhv olar. Bu trasda sürmək risklidir, çünki qaçış zonaları çox dardır. Xırda səhvdə yarışınız bitə bilər.

Burada heyif ki, podyuma yüksələ bilməmişəm, amma bazar günü bu uğuru qazanmaq gözəl olar. Yaponiyada azarkeşlərlə bağlı gözəl xatirələrim var. Buna görə də həm onları, həm də Honda-nı sevindirmək istəyirəm”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*