S.Peres: “Güclü komandada yarışmaq istəyirəm”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, qələb qazanmağa imkan verə bilən bir komandada çıxış etmək istəyir.

F-1.az xatırladır ki, Peres Monakoda mükəmməl performans göstərərək, karyerasının 6-cı podiumunu qazanmışdı. Meksikakı sürücü ümid edir ki, bu podium McLarendə yaşadığı məyusluğu unutduracaq.

Peres bildirib ki, komandalar onu təkcə Monakoda etdiyinə görə yox, Sauber və Force İndia komandalarında gördüyü işlərə görə dəyərləndirsinlər: “Ümid edirəm ki, təkcə bu yarışa baxmazlar, çünki son illərdə çox yaxşı işlər görmüşəm.

McLaren-də çətin günlər keçirdim və belə görünür ki, hamı məni McLaren-dəki mövsümümə görə xatırlayır. Heç kim Sauber və ya Force İndia komandalarında gördüyüm işləri xatırlamır.

Edə biləcəyim yeganə şey əlimdən gələnin ən yaxşısını etməyə davam edib, özümü inkişaf etdirməkdir. Son illərdə inkişaf etdiyimi düşünürəm. Artıq hərtərəfli bir sürücüyəm. Sıralanma turunda və yarışda tempim daha yaxşıdır və artıq daha təcrübəliyəm.

Əgər əlimə yaxşı fürsət düşsə, bunun üçün hazıram. Amma əlimə fürsət düşməsə də, işimi görməyə davam edəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*