S.Peres: Təkərlərim soyuq idi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, son dəst təkərləri soyuq olduğu üçün son cəhdində qəza edib.

F-1.az xatırladır ki, meksikalı sürücü Monakoda poul uğrunda mübarizə aparırdı, amma o, tunelin girişində qəza edib və mübarizəni dayandırmalı olub. Beləliklə, Peres sabahkı yarışa 3-cü yerdən başlayacaq.

Serxio Peres: “Təkər strategiyası səhv idi. Xüsusən də son dəst təkərlərin temperaturu az və ilişməsi zəif idi. Birinci döngədə az qala bolidi itirirdim. Səhv etdik.

Portierdə son sessiyadakı ilk cəhdimə yaxın idim. Sıralanma turunda orada itirirdim. Buna görə də orada qaza tez basdım. Lakin qaza toxunduöum anda arxa təkərim tutmadı.

Daha sonra isə Karlosun mənə çırpılmasına təəccübləndim. Bəxtimiz gətirmədi. Rəqiblərimə görə məyus olsam da, bura Monakodur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*