S.Peres: Sabah əlimdən gələni edəcəyəm

F-1.az xəbər verir ki, sıralanma turunda 4-cü olan meksikalı sürücü nəticədən razı qalmasa da, sabah daha yüksək yerlər uğrunda mübarizə apara biləcəyinə inanır.

Serxio Peres: “Ən yaxşı təsnifat mərhələm deyildi, amma sabah əlimdən gələni edəcəyəm. Üçüncü və ya dördüncü olanda həyatım çox da dəyişilmir, əsas odur ki, maşının sürəti hücum etməyə imkan verir. Yarışda sürətli olacağıma əminəm, buna görə də startı səbirsizliklə gözləyirəm.

Sabah havanın necə olacağını indi bilmirik – yağış yarışın istənilən vaxtı da yağa bilər, daha əvvəl də başlaya bilər. Burda hər şey sürətlə dəyişilir.Strategiya rol oynayacaq. Startda Ferrari-ni qabaqlaya bilsəm, əla olar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*