Rəsmən: Red Bull büdcə limitini aşdığı üçün cərimələnib

FİA 2021-ci ildə büdcə limitini keçdiyi üçün Red Bull-a 7 milyon dollar pul cəzası və aerodinamik boruda test məhdudiyyəti verib.

F-1.az bildirir ki, Red Bull komandası büdcə limitini 1.8 milyon funt – 2.1 milyon dollar – keçib.

Red Bull əvvəlcə limiti aşdığını rədd etsə də, sonra FİA ilə razılığa gəlmək üçün danışıqlara başladı. Tərəflər əvvəlcə Ostində masa arxasına oturublar və bu dördüncü gün Meksikada görüşüb razılığa gəliblər. Anlaşmaya görə Red Bull limiti aşdığı üçün 7 milyon dollar cərimələnib.

Bundan başqa “qırmızı öküzlər” aerodinamik boruda test müddətinin 10 faizini itirəcək. Red Bull bu il çempion olduğu üçün gələn il hamıdan az – 70 faiz aerodinamik boru testinə sahib olacaqdı. Bu isə o deməkdir ki, 10 faizlik cəzadan sonra onların 63 faizlik test müddəti qalacaq. Buna görə də komanda gələn il yeniliklər gətirməmişdən əvvəl aerodinamik boruda test edərkən işləri çətinləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*