M.Ferstappen: Qələbəni Diterə həsr edirəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Ameikada yarışında əlindən gələni edib.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışa ikinci yerdən başlasa da, startda Saynsı keçərək liderliyə yüksəlib. Lakin ikinci pit-stoplarda komanda onu ləngidib. Ferstappen nəticədə Həmiltonla Leklerin gerisinə düşüb. Buna bamayaraq, təslim olmayan ikiqat Dünya Çempinu hər iki rəqibini də keçərək, yarışın qalibi olub.

Maks Ferstappen: “Doğrudan da çətin yarış idi. Startda hər şey yaxşı görünürdü, amma pit-stop bir az uzun çəkdi. Buna görə də yenidən mübarizə aparmalı oldum. Bu gün qələbə üçün hər şeyimi verdim.

Diteri itirdik. Buna görə də çəyin həftəsonu idi. Bu yarışı ona həsr edirəm. Bu gün onun üçün qazanmaq istəyirdim. Pit-stopdan sonra vəziyyət ürəkaçan olmasa da, əlimdən gələni etdim.

Bu gün Mühəndislər Kubokunu qazanmaq üçün böyük şansımız var idi. Bunu da əldə etdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*