M.Ferstappen: Yarışda güclüyük

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yarışda daha güclü olacaqlar.

F-1.az xatırladır ki, niderlandlı sürücü Pol Rikardakı yarışa ikinci yerdən başlayacaq.

Maks Ferstappen: “Üçüncü sərbəst yürüşlər sadəcə məşq xarakterli idi. Sıralanma turu ilə müqayisə oluna bilməz. Vahid dövrədə bir az geridəyik. Boliddə asfaltla ilişmə yaxşı deyil. Buna görə də çətin idi. Ancaq bolidimiz yarış üçün güclüdür. Ümdi edirəm ki, vəziyyəti öz xeyrimizə dəyişərik. Düzlüklərdə sürətliyik və sabah bundan istifadə etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*