S.Peres: Tempim yox idi

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, sıralanma turunda istədiyi tempi tapa bilməyib.

F-1.az xatırladır ki, meksikalı sürücü Avstriyada sıralanma turunda 4-cü olsa da, trası kəsdiyi üçün nəticələri silinib və 13-cü yerə yuvarlanıb.

Serxio Peres: “Çətin gün idi. Birinci sərbəst yürüşlərdən etibarən özümü yaxşı hiss etmirdim. Bəzi şeyləri anlamalıyıq və ümid edirəm ki, sprintdə itirdiyimiz yerləri kompensə edərik. Sıralanma tempində tempim yox idi. Əsas hədəfimiz sprintdə yüksəlməkdir və bazargünkü yarışa maksimum öndən başlamaqdır.

Pis gün oldu. Səhər altlıqda problemlər yaşadıq. Ümid edirəm ki, yaxşı olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*