R.Qrojan: “Sürməyi unutmamışam”

Haas komandasının sürücüsü Roman Qrojan sürməyi unutmadığını deyib.

F-1.az xatırladır ki, fransalı sürücü mövsümə pis başlayıb və ilk 8 yarışda hələ də xal qazana bilməyib. Lakin 32 yaşlı sürücü Red Bull Rinqdə sıralanma turunda 6-cı olub və Fettelin cəza alması ilə yarışa 5-ci yerdən start alacaq.

Roman Qrojan: “Doğrudan da yaxşı sıralanma turu idi. Boliddə sazlanmaları tapa bldik və tempmizi yüksəltdik. İkinci sessiyada bir təkər dəsti istifadə edərək son sessiyaya qaldım və çox xoşbəxtəm. Buna görə son sessiyada daha çox şansım oldu. Ancaq digər komandalar daha sürətli idilər. Buna baxmayaraq, iki Red Bull-un arasına girə bildim. Hələ də yaxşı sürdüyümü görmək gözəldir. Yaxşı nəticələr ala bilirəm və hər şey qaydasındadır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*