10 Dekabr 2018, Bazar ertəsi - 08:17

Rich Energy şirkəti Haas komandasının titul sponsoru olacaq

Rich Energy şirkəti Haas komandasının titul sponsoru olacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:11 - 25 Oktyabr, 2018

Adı Force İndia komandasının potensial alıcıları arasında hallanan Rich Energy şirkəti növbəti mövsümdə Haas komandasının titul tərəfdaşı olacaq – tərəflər uzunmüddətli müqavilə imzalayıblar.

F-1.az bildirir ki, komandanın maşınları Rich Energy şirkətinin rəng çalarlarına boyanacaqlar.

Günter Ştayner: “Rich Energy ilə müqavilə komandanın inkişafında daha bir addımdır. Bizə şirkətin marketoloqları ilə yeni ideyaların hazırlanması çox maraqlıdır – birlikdə Formula1-in reklam potensialını realizə etməyə çalışırıq”.

Uilyam Stori, Rich Energy-nin icraçı direktoru: “Biz Formula1-də Haas-ın rəsmi tərəfdaşı olmağa şadam. Bizi artıq formalaşmış bazara yeni ruh və nəfəs gətirmək istəyimiz birləşdirir. Biz rəqabətdən həzz alırıq və bu əməkdaşlıq bizə yeni perspektivlər açmalıdır.

Formula1 pemium məhsuldur, Haas-la tərəfdaşlıq bizim şirkət üçün dəyərli aktiv olacaq və bütün qlobal marketinq səylərimizin bazasına çevriləcək…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 201
Teqlər , , ,
Paylaş

logo