R.Qrojan: “Haas daha çox xal qazana bilər”

F-1.az xatırladır ki, mövsümün ilk 4 yarışından 3-də xal alan Haas komandası son 8 yarışda sadəcə bir dəfə - Avstriyada bu uğuru əldə edib.

Mühəndislər Kubokunda McLaren-dən geri qalan debütant komanda mövsümün ikinci hissəsi üçün bəzi yeniliklər planlaşdırır.

Roman Qrojan komandanın növbəti yarışlarda daha güclü olacağını gözləyir: “Son 8 yarışda cəmi bir dəfə xal qazanmışıq, amma bu, mövsümün sonuna qədər xal qazanmayacayıq demək deyil. Mübarizəyə davam edəcəyik. Mən son iki ili karyeramın ən yaxşı illəri hesab edirəm. Baxmayaraq ki, əvvəlki illərdə dəfələrlə podiuma yüksəlmişəm. İndi özümü daha güclü hesab edirəm”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*