Mayk Krək: “Sürücülərin finişə çata bilmədiyi çox hal olub və bu dəfə də hər iki sürücü yenidən mübarizəni dayandırıb ki, bu, komandada heç kimi qane edə bilməz, eyni sözləri Honda barədə də demək olar.
Mən hesab edirəm ki, yarışın mümkün ssenarilərinə hazırlıq zamanı motorçular realist olmalıdırlar. Bir neçə ssenari var, vəziyyətin pisləşməsi ilə bağlı müxtəlif variantları müzakirə etmişik. Həmişə gücü məhdudlaşdırmaq, digər ötürmələrdən istifadə etmək olar – müxtəlif variantları nəzərdən keçirmişik, amma hadisələr reallıqda baş verdiyi qədər uzağa getməmişik.
Yarışda isə tez başa düşmüşük ki, nəzərdən keçirdiyimiz variantlar kifayət deyil və heç nəyi dəyişə bilməyəcəyik”.





