M.Krek: Realist olmalıyıq

Aston Martin komandasının rəhbəri Mayk Krek düşünür ki, tesrlərdə tras şəraiti onlara kömək edib.

F-1.az xatırladır ki, Aston Martin qış testlərində ən sürətli üçüncü komanda təsiri bağışlayıb. Onlar yarış tempində çox inamlı görünüblər.

Mayk Krek: “Yarış tempimiz pis deyildi, amma tras şəraitinin çox yaxşı olduğunu qeyd etməliyik. Bundan başqa hamı yeni təkər istifadə etdiyi üçün trasa düşən təkər qırıntıları bizə köməkçi oldu.

Buna görə də yarış tempində güclü olsaq da, xəyal qurmamalıyıq. Fernando Alonso daha əvvəl demişdi: Formula1-də möcüzə olmur.

Bəzən hamı bir komandanın çox güclü olduğunu deyə bilər. Eynilə məktəbdə uşaqlar arasında gedən dedi-qodular kimi. Buna görə də arxayınlaşmamalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*