N.Hülkenberq: Çox işləməliyik

Aston Martin komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, komanda çox iş görməlidir.

F-1.az xatırladır ki, Aston Martin komandası Bəhreyndəki sıralanma turunda heç ikinci sessiyaya da qala bilməyib. Bu yarışda koronavirusa yoluxan Fetteli əvəz edən Hülkünberq isə düşünür ki, komanda hələ işləməlidir: “Bolidin potensialı nədirsə, onu edirik. Komanda olaraq çox işləməliyik.

Ancaq sıralanma turunda yaxşı dövrələr vurmalı idim. Sərbəst yürüşlərdə üzərinizdə təzyiq olmur və daha rahat dövrə vura bilirsiniz. Buna görə də əsas sıralanma turudur. Yaxşı dövrələr vurdum və özümdən razı qaldım.

Builki bolidlər əvvəlkilərdən fərqlidir. Təkərlər sərtdir və uyğunlaşmaq çətindir. Ağırlıq da bolidi yerə yatızdırır. Buna görə də orta sürətli döngələrdə bolidlər ağırdır. Ancaq onlar hələ də Formula1 maşınıdırlar”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*